• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Novruz Məmmədov: “Ermənistanın arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”

  • Nida.az
  • 2 İyun 2015 11:36
  • 580 Baxış
Novruz Məmmədov: “Ermənistanın arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”

“Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin “Twitter” hesabında yazıb.


N. Məmmədov bildirib ki, son 20 ildə dünyada baş verən hadisələr zamanı beynəlxalq hüququn tətbiqini çox az hallarda müşahidə etmək olar.


“Beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur. Beynəlxalq hüquq yalnız sözdə mövcuddur. Maraqlıdır ki, Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının “rəhbərlərinə” Avropa və ABŞ-a viza verilməsi qadağandır. Amma separatçı Bako Saakyana hər yerə asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır? Beləliklə, Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”, - deyə PA rəsmisi vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR