Vahid Əhmədov: “Avropa Oyunlarını izləmək üçün Azərbaycana turist axını olacaq”
Bizi izləyin

Nida.az

Vahid Əhmədov: “Avropa Oyunlarını izləmək üçün Azərbaycana turist axını olacaq”

“İlk Avropa Oyunları Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan böyük faydalar verəcək”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı ekspert Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycan üçün siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. V.Əhmədov deyib ki, Avropa Oyunları inkişaf edən, sabit və tolerant ölkə kimi Azərbaycanın dünyada tanınmasına əlverişli fürsət yaradıb: “Bu oyunlar vasitəsilə Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq olar. Eyni zamanda da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyaya həqiqətləri çatdırmaq imkanı yaranıb. İqtisadi baxımdan da, əlbəttə ki, böyük faydaları olacaq. Çünki Avropa Oyunlarında 50-yə yaxın dövlətdən 6 mindən çox idmançı iştirak edəcək. Bütün bu insanlar öz ölkələrində Azərbaycandakı inkişafdan, reallıqlardan söz açacaqlar. Təbii ki, bütün bunlar da Azərbaycanın tanınmasına xidmət edəcək. Bundan əlavə, Avropa Oyunlarını izləmək üçün Azərbaycana turist axını olacaq. Onlar Azərbaycanın gözəl guşələri ilə tanış olacaqlar, Azərbaycan mədəniyyəti, mətbəxi və tarixi ilə maraqlanacaqlar. Bunlar isə Azərbaycan üçün çox önəmlidir”.

Deputat qeyd edib ki, indi hər hansı xarici investor bir ölkəyə vəsait yatırmaq istəyirsə, ilk növbədə həmin ölkədə sabitliklə bağlı maraqlanır: “Şükürlər olsun ki, Azərbaycanda sabitlik var və gələcəkdə bu stabilliyi daha da yüksəltmək mümkündür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm