Prezident avtobus deposu və təlim mərkəzinin açılışında
Bizi izləyin

Nida.az

Prezident avtobus deposu və təlim mərkəzinin açılışında

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakubus” MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı deponun və mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Qeyd edildi ki, burada bir inzibati və dörd xidməti bina inşa edilib. İnzibati binada ümumi, avtobusların və nəqliyyatın idarəetmə mərkəzləri, mühasibatlıq, treninq mərkəzinin sinifləri, yeməkxana və digər otaqlar var.

Azərbaycan Prezidenti “Bakubus” MMC-nin inzibati binasında, Sürücü Təlim Mərkəzində, avtobus parkında yaradılan şəraitlə tanış oldu, avtobuslara baxdı.

Diqqətə çatdırıldı ki, yanacaqdoldurma məntəqəsində eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. Burada bir avtobusun yanacaqla tam təmin edilməsinə cəmi 7 dəqiqə vaxt sərf olunur.

Sonra dövlətimizin başçısı Sürücü Təlim Mərkəzində avtobusların idarə edilməsi prosesini izlədi.

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm