Ananskix İqor: “I Avropa Oyunlarını səbirsizliklə gözləyirik”
Bizi izləyin

Nida.az

Ananskix İqor: “I Avropa Oyunlarını səbirsizliklə gözləyirik”

“Bütün idman cəmiyyəti səbirsizliklə Bakıda keçiriləcək I Avropa Oyunlarının başlamasını gözləyir. Bu, tarixdə ilk belə yarışdır”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının idman və gənclərin tərbiyəsi üzrə komitə sədri Ananskix İqor deyib.


Onun sözlərinə görə, I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək: “Təşkilat Komitəsinin indiyə qədər etdikləri deməyə əsas verir ki, Bakıda idmançılar, həmçinin turistlər əlavə vaxt keçirəcək, hər şey mükəmməl olacaq. Mən özüm də oyunları izləmək üçün məmnuniyyətlə Bakıya gələcəm”.


A. İqor qeyd edib ki, Rusiya I Avropa Oyunlarına maksimum ciddi hazırlaşır.


“Rusiya oyunlarda ilk pillələrə iddia edir. Nə qədər medal qazanacağımızı indidən deyə bilmərik, lakin 40-a qədər medala iddialıyıq”, - deyə Duma üzvü bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm