Amerikalı həmsədr İsveç parlamentarilərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb
Bizi izləyin

Nida.az

Amerikalı həmsədr İsveç parlamentarilərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb

Amerikalı həmsədr İsveç parlamentarilərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik İsveç parlamentinin xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. Trend-in məlumatına görə, amerikalı həmsədr bu barədə öz Tvitter səhifəsində yazıb.

C.Uorlik bildirib: "İsveç parlamentinin Xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırdım. Sülhün əldə olunmasında böyük maraq var".

ABŞ-dan olan həmsədr İsveçə və ölkənin xarici işlər naziri Karl Bildtə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyətinə görə təşəkkür edib. O, İsveçi Cənubi Qafqazda birgə işi davam etdirməyə çağırıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İsveç hökuməti ilə müzakirələr aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm