.jpg)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daxili prosedur çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun sosial şəbəkələrdə yayılan bəyanatı ilə bağlı məlumatı dəqiqləşdirir.
Publika.az-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, əgər məlumat təsdiqini tapacaqsa, A.Məmmədovun belə davranışı diplomat adına yaraşmır: "Bu, qəbuledilməz, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır".