İlham Əliyev Meksikanın səfirini qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Meksikanın səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib.

Səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xuan Rodrigo Labardini Flores etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm