“CİHAN” agentliyi: Azərbaycan öz ehtiyatları hesabına irimiqyaslı layihəyə qədəm qoyur
Bizi izləyin

Nida.az

“CİHAN” agentliyi: Azərbaycan öz ehtiyatları hesabına irimiqyaslı layihəyə qədəm qoyur

Azərbaycanın Energetika naziri Natiq Əliyev iyunun 3-də Bakıda keçirilən “Xəzər Neft və Qaz 2015” beynəlxalq konfransında Azərbaycanın qlobal enerji oyunçusuna çevrildiyini dedi. Onun sözlərinə görə, Avropa enerji təhlükəsizliyi məsələsində maraqlıdır.

Türkiyənin “Cihan” agentliyinin məlumatına görə, N.Əliyev deyib: “Buna Ukrayna və Rusiya arasındakı gərgin münasibətlər, Avropanın Rusiyadan qaz asılılığı və Şimal dənizindən qaz istehsalının azalması təsir edir. Ona görə də, Azərbaycan Qərbin marağına səbəb olub. Bundan əlavə, Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və Avropaya yeni yollar təklif edir”.

Onun sözlərinə görə, bu yeni yollar təkcə Azərbaycan qazının deyil, hətta Mərkəzi Asiya və Yaxın Şərq qazının da daşınmasında önəmli rol oynaya bilər: “Buna görə də Azərbaycan təkcə ehtiyat mənbəyi olmaqla yanaşı, tranzit ölkə kimi də çıxış edə bilər”.

Nazir Azərbaycanın dünya enerji sektorunda əsas oyunçulardan birinə çevrildiyini də əlavə edib: “Bu, bəzi faktorların sayəsində baş tutub. Azərbaycanın geniş ehtiyat mənbələri var. Növbəti illər üçün də neftin istehsalını və ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq, qazın ikiqat istehsalını qoruyub saxlamağa çalışacağıq. Bundan əlavə, Azərbaycanda bütün lazımi infrastrukturlar yaradılıb və qaz emalı üzrə yeni proqram tezliklə tətbiq olunacaq. Həmçinin Azərbaycan öz ehtiyatları hesabına irimiqyaslı layihəni həyata keçirə biləcək mərhələyə qədəm qoyub”.

Nazirin sözlərinə görə, Azərbaycan nəinki özü üçün, hətta bütün region üçün imkanlar yaradır.

N. Əliyev deyib: “Türkmənistan, İran, İraq, həmçinin İsrail və Kiprdən ixrac olunan qaz Cənub Qaz Dəhlizi ilə birləşə bilər”.

Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün əsas enerji layihələrindən biridir. O, Xəzər dənizi regionunda hasil edilən qazı Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunmasını nəzərdə tutur.

İlk əvvəl, qaz Cənub Qaz Dəhlizinin əsas mənbəyi hesab olunan “Şah Dəniz” yatağında istehsal olunacaq. Sonrakı mərhələlərdə layihəyə digər mənbələr də qoşulacaq.

“Şah Dəniz” layihəsinin ikinci mərhələsində təbii qaz Türkiyəyə və Avropa bazarlarına ixrac olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm