Məlahət İbrahimqızı: “İnsanlar Avropa Oyunlarının başlamasını səbirsizliklə gözləyir”
Bizi izləyin

Nida.az

Məlahət İbrahimqızı: “İnsanlar Avropa Oyunlarının başlamasını səbirsizliklə gözləyir”

“Hər bir Azərbaycan vətəndaşı, o cümlədən Avropa insanları “Bakı 2015” ilk Avropa Oyunlarının başlamasını böyük maraq və səbirsizliklə gözləyir”.

Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycan üçün böyük tarixi hadisədir. M.İbrahimqızı deyib ki, Azərbaycanın dünyada bir daha tanınması üçün Avropa Oyunları yeni fürsət yaradır: “Azərbaycan ilk Avropa Oyunlarına çox yaxşı hazırlaşıb. Tam əminəm ki, Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilməklə tarixə düşəcək. Eyni zamanda ilk Avropa Oyunları gələcəkdə Azərbaycanda keçiriləcək bu cür beynəlxalq tədbirlər üçün etalon olacaq. Çünki artıq ilk Avropa Oyunları üçün yaradılan infrastruktur gələcəkdə də istifadə olunacaq. Əminəm ki, bu tədbir həm Azərbaycan, həm də Avropa üçün çox faydalı olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm