• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Sürprizlərlə dolu Bakı – rusiyalı jurnalistin maraqlı təəssüratları

  • Nida.az
  • 4 İyun 2015 16:33
  • 1 357 Baxış
Sürprizlərlə dolu Bakı – rusiyalı jurnalistin maraqlı təəssüratları

Rusiyanın “Naşa Qazeta” nəşrində “Bakı – mədəniyyətlərarası dialoqun paytaxtı” sərlövhəli məqalə dərc olunub.


Publika.az xəbər verir ki, məqalədə bu ilin 18-19 may tarixində BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunmuş Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dailoq Forumu keçirildiyi qeyd olunur. Forumda iştirak edən qəzetin redaktoru Nadejda Sikorskaya Bakıdakı təəssüratlarını bu məqalədə bölüşüb.


İlk dəfə bu şəhərə gəlmiş insanı səhərin ilk çağında bir şey narahat edir: “İnternet işləyirmi?”
Heydər Əliyev adına Bakı aeroportunda internetə sürətli və keyfiyyətli qoşulma xoş sürprizlərin birincisi oldu. İkinci sürpriz heç də hər yerdə qarşılaşmadığımız xoş qarşılanma idi. Üçüncüsü isə Bakını təcəssüm edən üç göydələndə müasir mehmanxana oldu. Bir neçə saat istirahətdən sonra, bizi saat 8-də forumun simvolu ilə bəzədilmiş rahat avtobuslarla Heydər Əliyev Mərkəzinə açılış mərasiminə apardılar.


İraqda doğulan Britaniya memarı və dizayneri Zaha Hadidin memarlıq nümunəsi olan bu Mərkəzin tikintisi 5 il çəkib və 2012-ci ilin 10 may tarixində təntənəli açılışı olub. 2014-cü ildə bu unikal bina nüfuzlu “Design of the Year” mükafatına layiq görülüb. İndi onun girişində Bakıda keçiriləcək I Avropa Oyunlarının simvollarından olan gözəl ceyranların sərgisi var.


(Daha bir sürpriz: Bu möhtəşəm tikilinin qarşısında bizi Olqa Rastropoviç qarşılayır. Heydər Əliyev Fondunun dəstəsi ilə onun atası, Bakıda doğulmuş böyük violençelist Mstislav Rastropoviçin adına səkkizinci musiqi festivalı keçirilir. Növbəti gün biz Bakının zərif Filarmoniyasında Mstislav Rastropoviç adına Moskva Fondunun gənc musiqiçilərinin və dahi kvartet İqor Butmanın gözəl konsertində olduq).


Mədəniyyətlərarası dialoq 2008-ci ildə yarandı və “Bakı prosesi” adı ilə məşhurdur. Ötən illərdə o, həmçinin sivilizasiyalararası dialoq və multikulturalizm üzrə müxtəlif problemlərin müzakirəsi üçün tanınmış müstəviyə çevrilib.


Forumu açan Azərbaycan Prezidenti İlham Əliyev kağızdan istifadə etmədən əla ingilis dilində yüz ölkədən gəlmiş 500-dən artıq iştirakçıya müraciət etdi. O, Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələrinin ölkənin uğurlu inkişafına töhfə verdiyini diqqətə çatırdı: “Düşünürəm ki, bu bizim əsas sərvətlərimizdən biridir. Təəssüf ki, bu gün dünyanın müxtəlif hissələrində böyük problemlər yaşanır. Biz neqativ tendensiyalar müşahidə edirik. Gərginliyin və düşmənçiliyin aradan qalxması beynəlxalq gündəlikdə əsas məsələlərdən biridir”.


Prezident İlham Əliyev qeyd etdi ki, mədəni müxtəlifliyə alternativ görmür və bu konsepsiyanın inkişafında səyləri birləşdirmək lazımdır. O, bunun gələcəyinin olmadığını deyənlərə xəbərdarlıq etdi: “Əgər biz səylərimizi dayandıracağıqsa, vəziyyət daha da pisləşə bilər. Alternativlər nədir? Təhlükəli trendlər – təcridetmə, diskriminasiya, ksenofobiya, islamofobiya, antisemitizm – bəşəriyyət tarixində sivilizasiyaları və xalqları qəzaya uğradır”.


Azərbaycan prezidenti dini və etnik gərginliklərin bəzən süni şəkildə yaradıldığını vurğulayır.


ATƏT-in antisemitimzlə mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi Ravvin Endrü Beykeranın çıxışı gözlənilməz oldu. O, yəhudilər və müsəlmanlar arasında dialoqun bərkidilməsindən danışaraq qeyd etdi ki, aktiv nümayəndələr tərəfindən bu sahədə irəliləyişə nail olunacaq. Ravvin həmçinin, müsəlmanların dindaşları tərəfindən törədilən terror aktlarına qarşı çıxdığını dilə gətirdi. Onun fikrincə, qarşılıqlı anlaşmanın uğuru üçün düstur sadədir: Müsəlmanlar Holokostu inkar etməkdən əl çəkməli, yəhudilər islamofobiyaya dəstək verməyi dayandırmalıdır.


Bizə və bütün oxucularımıza məlumdur ki, belə tədbirlərdə əhəmiyyətli şeylər iclas zallarında yox, “kulislərdə” müzakirə edilir. Bunun üçün çay fasilələri, nahar masasının arxası unikal yerlərdir.

Biz gözəl plovun olduğu süfrədə bu yaxınlarda 95 illiyini qeyd etmiş Rus Dram teatrının direktoru Ədalət Hacıyevlə tanış olduq. O, bir vaxtlar səhnəsində Faina Ranevskayanın çıxış etdiyini deyir. Yaxın vaxtlarda Leon Dodinin truppasının qəbul etmiş Ədalət Hacıyev və Ukraynaın mədəniyyət nazirinin müavini Andriya Vitrenkonu ilə qədim Bakının küçələrini gəzdik. Mənə bildirdilər ki, vaxtilə “Brilyant əl” filminin məşhur səhnələrindəın biri məhz Bakı küçələrində çəkilib. Həmin səhnənin çəkildiyi küçədən keçmək mənim üçün növbəti sürpriz idi.


Bakıda hər yerdə rus dilində eşitmək, danışmaq mümkündür. Hətta yeniyetmələr arasında da rus dili populyardır. Yəqin ki, bu 250 rusdilli məktəb, Bakı Slavyan Universiteti və Moskva Dövlət Universitetinin filialının mövcudluğu ilə izah olunmalıdır.


Bakıda olduğumuz ikinci gün biz Milli Məclisdə olduq. Parlament sədrinin müavini Bahar Muradova və digər deputatlarla görüşdük. Olduqca nəzakətli şəxslər idi. Razılaşmaq lazımdır ki, istənilən əməkdaşlığın əsasını etibar və xoş münasibət təşkil edir.

Biz təmtəraqlı parlament binasını gəzdik, Heydər Əliyev muzeyində olduq. Divardan asılan Heydər Əliyevlə Mstislav Rostropoviçin fotosu diqqət çəkir.

Sonra çay süfrəsi arxasında paxlava və ən dadlı naharla biz müzakirələr apardıq.


Milli Məclisin sədri Oqtay Əsədovla görüşmək imkanımız isə tamamilə sürpriz oldu. Bir saata yaxın davam edən söhbətdə əsasən siyasətdən danışdılar: Dağlıq Qarabağda vəziyyət, Ukraynadakı durum. Həmçinin, dövlətlərarası münasibətlər də vurğulandı. Eyni zamanda, jurnalistika, incəsənət haqda da söhbətlər oldu.

Cənab Əsədov bizdə təcrübəli, müdrik insan təəssüratı yaratdı.


Əlbəttə, belə gərgin halda bizə göstərilən diqqət xoş idi. Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu keçirilir. Eyni zamanda, iyunun 2-də neft və qaz üzrə Xəzər Forumu başlayacaq. 12 iyunda da I Avropa Oyunlarına start veriləcək. Bakıda həyat qaynayır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR