Niyaməddin Orduxanlı: “İsa Qəmbərin boykot çağırışı ermənilərə xidmətdır”
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “İsa Qəmbərin boykot çağırışı ermənilərə xidmətdır”

Müsavat Partiyası bəyanat verərək Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını boykota çağırıb.

Müsavat Partiyasının bu bəyanatına kəskin etirazını bildirən BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı mətbuata acıqlamasında bildirib ki, bu cür bəyanatı vermək ağılsızlıqdan başa bir şey deyil: “Görünür, son vaxtlar Müsavat Partiyasında baş verən istefalardan İsa Qəmbər isterik vəziyyətə düşüb. Hər gün partiyasından baş verən qopmaları hər kəs görür. Bir də onu yadına salıram ki, etdiyin çağırış hakimiyyətlə mübarizə deyil. Avropa Oyunları imkan verəcək ki, müstəqil Azərbaycan dövlətini milyonlarla insana göstərək, Azərbaycan gerçəkliyini olduğu kimi Avropa və başqa qitələrə çatdıraq.

Olmaya, sizlər istəmirsiniz bunu? Bunu istəməyənlər Azərbaycan dövlətinə düşmən olanlardı və hər gün də bunun üçün çalışanlardı, təxribat törədənlərdi. Xüsusən də erməni diasporu və onlara yaxın olan qüvvələr. İndi siz kimsiniz? Kimə xidmət etmək istəyirsiniz? Bəzi Qərb dairələrinin "5-ci kolon"u olmaq istəyirsinizmi? İndi, İsa Qəmbər, sizə nə deyək?! Ermənilərin arzusunu ifadə edənmi? Başqa bir fikir gəlmir ağlıma...Ayıbdır. Özü də çox ayıb.

Hörmətli İsa bəy, onsuz da 22 ildir ki, bu hakimiyyətə məğlub olursunuz. 12 ildir ki, İlham Əliyevə alternativ olmaqdan çəkinirsiniz, qorxursunuz. Son 2008 və 2013-cü il prezident seçkilərində İlham Əliyevə rəqib olmağa cəsarət etmədiniz. Xatırladıram ki, bu oyunlar iqtidar-müxalifət mübarizəsi deyil. Müstəqil Azərbaycanın milli maraqlarına xidmət edəcək bir hadisədir.

Hakimiyyətlə çəkişmənizi bu oyunlar başa çatandan sonra davam etdirməyə kim sizə mane olur? Onsuz da payızda seçki marafonuna qatılacaqsınız və növbəti dəfə deputat mandatı uğrunda qollarınızı çırmayacaqsınız. Xalq içində nüfuzunuzun səviyyəsini bilə-bilə yenə də seçicilərə ağlagəlməz və reallaşması mümkünsüz vədlər verəcəksiniz. Amma indiki davranışlarınızın bir adı olacaq - kəmfürsətlik və erməni dəyirmanına su tökmək. Bunu özünüzə və bu millətə rəva görməyin. Çalışın tarixdə lənətlənmiş siyasət adamı kimi qalmayasınız! Məğlubiyyətsə alın yazınızdır, buna görə kimsəni qınamayın!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm