Elşad Musayev Milli Şuradan getməyinin əsl səbəblərini açıqladı
Bizi izləyin

Nida.az

Elşad Musayev Milli Şuradan getməyinin əsl səbəblərini açıqladı

Elşad Musayev Milli Şuradan getməyinin əsl səbəblərini açıqladı


“Mən çıxanda başqaları kimi hay-küy salmadım. Qurumda fəaliyyət göstərmirəmsə, orda adımın olmasının tərəfdarı deyiləm”.Bu barədə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Publika.Az -a açıqlamasında Milli Şuradan istefa verməsinin əsl səbəblərini açıqlayıb. Burda qeyri-adi heç nəyin olmadığını deyən E. Musayev bildirib ki, Azərbaycan siyasətində siyasətçilərin də, qurumların da hansısa addımlara tərbiyəli münasibət bildirməyin tərəfdarıdır.

“Mənə qarşı kimin nə sözü ola bilər? Mənim fikrim odur ki, siyasətlə məşğul olan fərdin, qurumun qərarına hörmətlə yanaşmaq laxımdır. Ondan qeyri-adi nəsə düzəltməyə ehtiyac yoxdur. Azərbaycan siyasətində 20 ildir ki gedən qalanı, qalan gedəni söyür. Siyasətə gələn yeni nəsil də fəaliyyətlərini söyüş üzərində qurur. Bu səhv yanaşmadır”-deyə partiya sədri bildirib.

O bununla yanaşı şəxsi problemlərinin də istefasına səbəb olduğunu deyib: “Şəxsi problemlərim var, evim, partiyanın qərargahı söküldü. Digər problemlərə görə də hansısa təşkilatda iştirak etmək üçün vaxt məhdudiyyətim var. Buna görə də istefa verdim. Milli Şura daxilində də xoşagəlməz nələrsə baş verirdi, lakin mən buna detallı bələd deyildim. Amma hər şeyə görə müxalifəti qınamaq doğru olmaz. Çünki Azərbaycanda siyasətlə məşğul olmaq çətindir”.

E. Musayev Milli Şuradan istefa versə də Demokratik Qüvvələrin Birliyində fəaliyyətlərini davam etdirdiklərini açıqlayıb.

“Bu qurumda qalırıq. Hələlik partiyanın qərargah məsələsini, maliyyə məsələləri, şəxsi problemlərimizi həll etməyə çalışırıq. Mənə məxsus olan obyektlərin hamısı sökülüb. Biz başqaları kimi hay-küy salmırıq, amma fakt budur. İnsana təsir edən amillərdən biri də vaxtilə müxalifət düşərgəsində olmuş jurnalistlərin iqtidara yaxınlaşdıqdan sonra axmaq sözlər danışması, axmaq mövqe tutmasıdır. Amma bir qism jurnalistlər də var ki, onlar əvvəldən iqtidara yaxın olublar, heç vaxt da heç kimi söyməyiblər”-deyə BAP sədri jurnalistləri də tənqid edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm