Əli Həsənov media rəhbərləri ilə görüşdü
Bizi izləyin

Nida.az

Əli Həsənov media rəhbərləri ilə görüşdü

“İlk Avropa Oyunları Azərbaycan tarixinin önəmli bir hadisəsidir”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycan KİV rəhbərləri ilə görüşündə deyib.

"Bir neçə gundən sonra Azərbaycanda ilk Avropa Oyunları başlayacaq. Mən buna görə hər birinizə ugurlar arzulayır və bunu yuksək səviyyədə işıqlandırdığınıza görə təşəkkür edirəm. Avropa Oyunları Azərbaycan tarixinə mühüm hadisə kimi daxil olur. Kimin nə deməsindən asılı olmayaraq, ilk Avropa Oyunları Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olması kimi mühüm hadisədir. Mən Avropa Oyunlarını yüksək səviyyədə işıqlandıran media rəhbərlərinə təşəkkür edirəm".

Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı prezidentin imzaladığı sərəncama toxunan Ə.Həsənov qeyd edib ki, bu sərəncamdan irəli gələn tədbirlər planı hazırlanacaq.

"Biz Mətbuat Şurası və baş redaktorların iştirakı ilə bu tədbirlər planının hazırlanması ilə bağlı müzakirələr aparacağıq, qəbul ediləcək tövsiyələri isə hörmətli Ramiz müəllimə göndərəcəyik".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm