Əli Həsənov: “Milli Mətbuatın 140 illik yubileyi bölgələrdə də qeyd olunacaq”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Milli Mətbuatın 140 illik yubileyi bölgələrdə də qeyd olunacaq”

“Cənab Prezidentin sərəncamına uyğun olaraq Milli Mətbuatımızın 140 illik yubileyini yüksək səviyyədə qeyd edəcəyik”.

Publika.az-ın məlumatına görə, bunu bu gün Beynəlxalq Mətbuat Mərkəzində aparıcı media rəhbərləri ilə görüşü zamanı Azərbaycan Prezidentinin ictimi-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi bölgələrdə də qeyd olunacaq. Ə.Həsənov Azərbaycan Prezidentinin sərəncamından irəli gələn məsələlərin icrası üçün media rəhbərlərinin də müvafiq tövsiyələr irəli sürməsini təklif edib: “Biz təxmini fəaliyyət proqramı tərtib etmişik. Bura bölgələrdə və paytaxtda mətbuatın 140 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi daxildir. Bundan əlavə, mətbuatımızın inkişafı ilə bağlı məqalələr də yazıla bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm