İsrail eksperti: “Azərbaycan bu addımı atmasaydı, Avropa Oyunları olmayacaqdı”
Bizi izləyin

Nida.az

İsrail eksperti: “Azərbaycan bu addımı atmasaydı, Avropa Oyunları olmayacaqdı”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün tarixi hadisədir”.


Bunu Publika.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə İsrail eksperti Arye Qut deyib.


Onun sözlərinə görə, Azərbaycan bu oyunların təşkilini üzərinə götürməklə böyük addım atdı: “Əks təqdirdə, dünyanın tarixində yeni addım olan bu oyunların keçirilməsi baş tutmaya bilərdi. Bunun özü Azərbaycanın nə qədər güclü dövlət olduğunu göstərir”.


A. Qut qeyd edib ki, belə möhtəşəm oyunların keçirilməsini öz üzərinə götürmək üçün siyasi və iqtisadi amil əsasdır: “Azərbaycan iqtisadi cəhətdən kifayət qədər inkişaf edən ölkədir və möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə sahibdir. Lakin burda siyasi iradə də əsas rol oynayır. Çünki oyunların təşkili, təhlükəsizliyin qorunması məsuliyyətli işdir. Azərbaycan bu məsuliyyəti üzərinə götürməklə böyüklüyünü sübut etdi”.


İsrail eksperti hesab edir ki, Azərbaycan oyunlar zamanı növbəti dəfə öz qonaqpərvərliyini nümayiş etdirəcək.


“Azərbaycanın bu addımı eyni zamanda öz gələcəyinə hesablanıb. Çünki bu, hər şeydən öncə ölkənin beynəlxalq təbliği və müsbət imici deməkdir. Azərbaycan haqda informasiya bir çox ölkədə azdır. I Avropa Oyunları isə bu problemin aradan qaldırılmasında əsas rol oynayacaq. Hazırda Avropa ölkələrində Azərbaycan haqqında daha çox eşidirlər”, - deyə o vurğulayıb.


A. Qut I Avropa Oyunlarının Azərbaycan idmanının inkişafına da təsir edəcəyini deyib: “Qurulan infrastruktur, tikilən idman arenaları, mərkəzləri Azərbaycan idmanının gələcəyinə yatırılmış kapitaldır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm