Siyavuş Novruzov: “Adımdan saxta profil düzəldənlərə qarşı ölçü götürüləcək”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Adımdan saxta profil düzəldənlərə qarşı ölçü götürüləcək”

“Sosial şəbəkələrdən nə “Facebook”da, nə də “Twitter”də, o cümlədən digərlərində heç bir ünvanım, hesabım və yaxud da profilim yoxdur. Mən, ümumiyyətlə, sosial şəbəkə istifadəçisi deyiləm”.

Publika.az-ın məlumatına görə, bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə onun adından verilən fikirlərə münasibətini bildirərkən deyib.

YAP İcra katibinin müavini qeyd edib ki, əgər onun hər hansı bir açıqlaması, bəyanatı, müraciəti olarsa, həmin fikirlərini yalnız mətbuat vasitəsilə ictimaiyyətə çatdırır: “Azərbaycanda kifayət qədər mətbuat orqanları fəaliyyət göstərir. Bu və ya digər məsələlər barədə kim fikrimi öyrənmək istəyirsə, mətbuat vasitəsilə müraciət edir və maraqlandırılan suallara kifayət qədər dolğun cavab verirəm. Ona görə də sosial şəbəkələrdə adımdan hər hansı “rəylər”, “qeydlər” olursa, hər kəs 100 faiz əmin olsun ki, bu, saxtakarların işidir. Biriləri adımdan saxta profil düzəldərək kimlərinsə maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu barədə bir ölçü götürüləcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm