Azərbaycanlılar tank əleyhinə "Mizraq”la vuruşacaq
Bizi izləyin

Nida.az

Azərbaycanlılar tank əleyhinə "Mizraq”la vuruşacaq

Azərbaycan tank əleyhinə "Mizraq”la vuruşacaq

Türkiyənin ən böyük raket və reaktiv döyüş sursatlarının istehsalçısı olan ROKETSAN şirkəti tərəfindən istehsal olunmuş “Mizraq-U” uzaq mənzilli tank əleyhinə idarə olunan raket komplekslərinin vertolyotdan ilk atış sınağı uğurla həyata keçirilib.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “AH-1S Cobra” vertolyotundan atılan raket 3500 metr məsafədəki hədəfi ilk ətəşdə məhv edib.

Səkkiz kilometr məsafədəki tankları vura bilən “Mizraq-U” zirehləri asanlıqla deşə bilir. Raket komplekslərinin 2015-ci ildən kütləvi istehsalı planlaşdırılır. Taktiki və texniki göstəriçiləri daim inkişaf etdirilən tank əleyhinə idarə olunan raket kompleksləri hava hücumundan müdafiə, vertolyot, zirehli avtomobillər və yüngül hücum təyyarəsi kimi vasitələrin üzərinə inteqrasiya edilə bilər. Məlumata görə, “Mizraq-U” üçün Orta Şərq ölkələri, Pakistan və Azərbaycandan sifarişlər qəbul olunub.

Qeyd edək ki, ötən ay “Mizraq-U” və “Mizraq-O” raket komplekslərinin (orta mənzilli tank əleyhinə raket kompleksləri) Azərbaycanda test atışları həyata keçirilib.

Türkiyənin “Kokpit.aero” saytının verdiyi məlumata görə, test atışları Azərbaycan Silahlı Qüvvələrinin “Cobra” zirehli avtomobillərinin üzərinə inteqrasiya olunmuş buraxıcılardan və yerüstü buraxıcı qurğulardan həyata keçirilib. Atışlarda hər iki raket hədəfləri yüksək dəqiqliklə məhv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm