Milli Məclisin bir qrup deputatı Türkiyədə seçkiləri izləyəcək
Bizi izləyin

Nida.az

Milli Məclisin bir qrup deputatı Türkiyədə seçkiləri izləyəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan, Qazaxıstan və Qırğızıstan deputatlarından ibarət müşahidəçi missiyası iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Publika.az-ın məlumatına görə, Milli Məclisin deputatı Nizami Cəfərovun rəhbərlik etdiyi müşahidəçilər missiyasının səfər zamanı Ali Seçki Komissiyasının sədri Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan, xarici işlər nazirinin müavini Naci Koru ilə görüşləri də nəzərdə tutulub.

Səsvermə günü TÜRKPA müşahidəçiləri seçki prosesini və mühitini müşahidə etmək məqsədilə Ankarada bir sıra məntəqələrə baş çəkəcəklər.

Missiya tərəfindən parlament seçkilərinin qiymətləndirilməsinə dair mətbuat konfransı iyunun 8-də keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm