Ramil Usubov Avropa Oyunlarından danışdı
Bizi izləyin

Nida.az

Ramil Usubov Avropa Oyunlarından danışdı

"Bu möhtəşəm idman yarışlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin daha bir əyani təzahürüdür".

Publika.az xəbər verir ki, bunu daxili işlər naziri Ramil Usubov bu gün keçirilən kollegiya iclasındakı çıxışında deyib.

Nazir bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələrin düşdüyünü, bu məqsədlə 25 mindən çox əməkdaşın və hərbi qulluqçunun ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini işinə cəlb edildiyini, Oyunların yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birlikdə bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən məsuliyyəti dərindən dərk edərək əsl vətəndaş mövqeyi və fədakarlıq göstərilməsini tələb edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm