İri, orta və kiçik sahibkarlığın meyarları - CƏDVƏL
Bizi izləyin

Nida.az

İri, orta və kiçik sahibkarlığın meyarları - CƏDVƏL

Nazirlər Kabineti “İri, orta və kiçik sahibkar meyarları”nı təsdiq edib.

Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib. Sahibkarlıq subyektinin kateqoriyasını müəyyənləşdirmək məqsədilə 1 il üçün müəyyən edilmiş işçilərin sayı istifadə olunur.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün kateqoriyalar illik gəlir əsasında müəyyənləşdirilir.

Azərbaycanda iri, orta və kiçik sahibkarların təsnifat cədvəli:

Sahibkarlıq subyektlərinin meyarları

İşçilərin sayı

İllik gəlir (AZN)

Kiçik

50-dən az

120 min və daha az

Orta

50 – 250

600 min və daha az

İri

250-dən çox

600 mindən çox

Qərarda bildirilir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektləri, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəliri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.

Nazirlər Kabinetinin qərarında həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, kiçik, orta və iri sahibkarların bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti ilin may ayının 10-dan gec olmayaraq elektron qaydada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm