Toğrul İsmayıl: “Böyük ehtimalla Türkiyə erkən seçkilərə gedəcək”
Bizi izləyin

Nida.az

Toğrul İsmayıl: “Böyük ehtimalla Türkiyə erkən seçkilərə gedəcək”

“Türkiyədə erkən seçkilərə getmək ehtimalı daha böyükdür”.


Bunu Publika.az-a açıqlamasında Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayıl deyib.


Onun sözlərinə görə, hazırda koalisiya hökumətin qurulması məsələsi gündəmdədir: “Yerli analitiklər AKP və MHP arasında koalisiya qurulacağını proqnozlaşdırırlar. Lakin Dövlət Baxçalı çıxışında bunun baş tutacağını inkar etdi. Yerdə CHP qalır ki, onların AKP ilə birləşəcəyini demək çətindir. Eyni sözləri HDP-yə də şamil etmək olar. Lakin siyasətdir və burada hər şey mümkündür”.


Ekspert hesab edir ki, hazırda ən böyük ehtimal erkən seçkilərə getməkdir: “Koalisiya qurulmursa, seçkilər təkrar olacaq. Təkrar seçkilər AKP-nin əlini gücləndirə bilər”.


T. İsmayıl bu seçkidə AKP-ni məğlub olaraq görmür. Onun sözlərinə görə, uzun müddət hakimiyyətdə olan partiyanın bu nəticələri yaxşıdır: “Sadəcə olaraq, müxalifət uğursuzluğa düçar oldu. Xüsusilə, MHP-nin apardığı yanlış siyasət, yerlərdə namizədlərin doğru seçilməməsi hazırki nəticələrə səbəb oldu. Hesab etmək olar ki, seçkinin tək qalibi HDP-dir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm