• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Məni sui-qəsddə ittiham edəcəkdilər”- İlkər Başbuğ sirləri açır

  • Nida.az
  • 6 Mart 2014 13:28
  • 831 Baxış
“Məni sui-qəsddə ittiham edəcəkdilər”- İlkər Başbuğ sirləri açır


Türkiyənin sabiq baş qərargah rəisi İlker Başbuğ Silivri həbsxanasından şok açıqlamalar verib.Publika.Az türk mediasına istinadən xəbər verir ki, sabiq baş qərargah rəisi bildirib ki, o, hələ 2009-cu ildə camaatın sosial-siyasi prosesləri yönləndirməyə çalışdığını açıqlayıbmış: “2009-cu ilin 14 aprel çıxışımda bildirmişdim ki, camaat iqtisadi güc qazanaraq sosial-siyasi proseslərə girməyə çalışır.

Din çox yüksək bir dəyərdir. Din-iqtisadiyyat-siyasət məsələsi yeni deyil. Bunun qarşısını almaq da çox çətindir. Bu problemləri güclü bir burjuaziyamız və orta sinfimiz olmadığı üçün asan dəf edə bilmirik. 2009-cu il bizim üçün çox kritik bir il idi. Baş qərargah rəisi idim, silahlı qüvvələrlə bağlı çox vacib layihələrim var idi. Amma çoxunu həyata keçirə bilmədim. Çıxışlarımda doğru söylədiyim bu günki məsələlərdə daha aydın görünür”.

“İmza saxtalaşdırılmışdı”

İ. Başbuğ onlara tələ qurulduğunu deyib. O bildirib ki, bu tələ gizli şahidlər, əvvəldən hazırlanmış hakim və prokurorlarla təşkil edildi: “Mənə bunu niyə açıqlamadınız deyirlər. Bu günün özündə belə kimsə bunu tam olaraq açıqlaya bilmir. Amma dəqiq olaraq bizə tələ quruldu. Konkret hadisələrə diqqət yetirək. Misal üçün, Ərzincan hadisəsi. Prokuror kim idi: İlham Cihaner. 2007-ci ildə bir cinayət işi açır. Hədəfdə İsmayılağa camaatı var. Fevralın 2-də 26 nəfər həbs edilir, 9-na c inayət işi açılır. Sonra istintaqın çevrəsi genişləndirilir. Gülən camaatı işin içinə girir. Sonra məsələ Kayseridəki hadisəylə birləşdirilir. Kayseridə Hava Qüvvələri Komandanlığında saxta bir əmr yazılıb. İmza saxtalaşdırılıb. İşin içində 3 zabit, 5 mülki şəxs var. Sənədlər hazırlanıb, qərargahın kompüterlərinə yerləşdirilib. Zabitlərdən biri deyib ki, mən İşıq Evlərindənəm. Məsələ camaata doğru yönələndə, Ərzurumdakı prokurorluğa verildi. Amma bütün araşdırmalara, istintaqa baxmayaraq məsələdə adı keçən 5 mülki şəxsin kimliyi bilinmədi. Hadisədə iştirak edən bütün əsgəri heyət isə həbs edildi”.

Barmaq izi olan 14 nəfər kimdir?

Sabiq rəis qeyd edib ki, sözügedən 5 mülki şəxsi qurtarmaq üçün qanun qəbul edilir.“25-26 iyun. Məclisdə gecə yarısı 20 dəqiqənin içində Kayseridəki 5 mülki şəxsi xilas etmək üçün qanun çıxır. Bu qanunla mülki şəxslərin hərbi məhkəmələrdə mühakimə edilməsinin qarşısını alınır. Baş qərargahın münasibəti öyrənilmir, Milli Müdafiə Nazirliyinin xəbəri yox. Qanuna görə əsgərlər nə cinayət törətsələr, mülki məhkəmələrdə mühakimə ediləcəklər.
2009-cu il, 2 aprel tarixində "İrticaya qarşı hərəkət planı" deyə məhkəməyə bir fotokopiya təqdim etdilər. Mən “kağız parçası” deyirəm, amma hər şey qarışıb, qiyamət qopub. İstanbul prokurorluğu “bu sənəd kim tərəfindən hazırlandı” deyə soruşur, səlahiyyətsizlik qərarı qəbul edir, Ankara prokurorluğu yazı yazır, Bakırköy prokurorluğu isə “Sənədi mediaya kim sızdırıb” deyə cinayət işi açır. Xəbərlərin yazıldığı məktublar ortaya çıxır. Məktubu yazan da bir zabitdir. Zəkəriyyə Öz (Ergenekon və Balyoz işini aparan prokuror-red) sənədi Məhkəmə Tibbi ekspertizasına verir. 3 ay yarımdan sonra raport gəlir, imza saxtadır deyilir. Əgər imza saxtadırsa, kağızın üzərində 14 şəxsin barmaq izi var, bircə imzanın sahibi Dursun Çiçəyin yoxdur, nə qədər israr etsək də, həmin 14 şəxsin kim olduğu araşdırılmadı”-deyə sabiq rəis bildirib.

“Əsl məqsəd silahlı qüvvələri məhv etmək idi”

İ. Başbuğ vurğulayıb ki, Ərzincanda start verilən, Kayseri ilə birləşdirilən bu planın əsl məqsədi Türkiyə Silahlı Qüvvələrini ortadan qaldırmaq, zərərsizləşdirmək idi. Onun sözlərinə görə, bu planı iki səbəb görə tam reallaşdıra bilmədilər: “Biri işi Appelyasiya Məhkəməsinin dövr alması, digəri də Saldıray Berkin ifadə verməyə getməməsidir. Gecikdikləri üçün geri addım atmalı oldular. Bundan bir şey çıxmayanda növbəti dəfə internet üzərindən başladılar. “irtica.org” saytını mən bağladım. Sayt 4 ay aktiv deyildi. O saytdan AKP-nin bağlanması işinə sənəd ötürüldüyü iddiası var. Halbuki o cinayət işinə bu saytdan yalnız bir xəbər daxil edilib. O da xaricdən göndərilən xəbər idi. Quru Qoşunları komandirim İşıq Koşaner məni axtarır, irtica ilə mücadiləyə qarşı mücadilə qanunun ilə cinayət işinin açılması məsələsini mənə xəbər verir. Əxlaqsız həriflər bu görüşümüzü terror təşkilatı fəaliyyəti olaraq təqdim edirlər. Guya muzeydəki sualtı gəmiyə bomba quraşdırılıb, partlayacaqmış, uşaqlar öləcəkmiş. Hansı zabit, kim belə vəhşi şeyi edə bilər ki?”.

“Məni Bülənt Arınca sui-qəsd etməkdə ittiham edəcəklərdi”

Sabiq baş qərargah rəisi bildirir ki, onu Bülənt Arınca sui-qəsd etməkdə günahlandırmaq istəyiblər. O, “Kosmik otağa” giriş üçün izn verməsini həyatının ən doğru qərarı olduğunu deyib: “2009-cu ildə dekabrın 19-da Amerikadan Ankara Terrorla Mücadilə Şöbəsinin özəl telefon nömrəsinə xəbər gəlir. Xəbər verənlər 06 BE 9712 və 06 LJY 48 nömrəli avtomobillərin içindəki adamların Arınca sui-qəsd edəcəklərini deyir. Kosmik otaqda Arınca sui-qəsd dəlilləri axtaracaqlarını dedilər. Baş nazirlə danışdım, o da “Dəyməyin axtarsınlar” dedi. Dekabrın 31-də axtarış aparıldı. Kosmik otaqdan çox önəmli şeylərin çıxdığını da düşünməyin. əgər o otağa giriş üçün icazə verməsəydim, məni Arınca sui-qəsd təşkil etməkdə ittiham edəcəydilər. TSK töhmət altında qalacaqdı.

Hurşit Tolon Malatyaya konfrans üçün getdiyi gün orada "Zirvə" yayım evində vəhşiliklə cinayətlər törədilir. Burda da gizli bir şahid var. TSK-dan atılmış əxlaqsız bir çavuş idi. Onun ittihamları çox ağır iftiralar idi. Bizi bura TSK-ya nifrət və intiqam duyğuları içində olanlar gətirdi.

Türkiyə parlamentinin İnsan haqları komissiyasındn gələnlərə də dedim. 7 fevral 2012-ci il (MİT-ə basqın) və 17 dekabr 2013-cü il məsələsində iki qırılma nöqtəsi var. Bu iki hadisə olmasaydı, bu məsələ buralara qədər gəlməzdi”-deyə İ. Başbuğ əslində “paralel dövlət bu qədər de-şifrə olmazdı” demək istədiyini açıqlayıb.
Qeyd edək ki, İ. Başbuğ hökumət çevrilişi təşəbbüsünə görə 26 aydır Silivri həbsxanasında yatır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR