• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezident İlham Əliyev Türkiyə baş nazirini təbrik edib

  • Nida.az
  • 8 İyun 2015 14:38
  • 326 Baxış
Prezident İlham Əliyev Türkiyə baş nazirini təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Baş nazir,

Başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir.

Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm. (AZƏRTAC)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR