Komitə sədrinin müavini: “İdmançıların ibadəti üçün heç bir problem olmayacaq” – ÖZƏL
Bizi izləyin

Nida.az

Komitə sədrinin müavini: “İdmançıların ibadəti üçün heç bir problem olmayacaq” – ÖZƏL

“İlk Avropa Oyunları ilə bağlı Azərbaycana gələcək xristian və digər dinə sitayiş edən insanların ibadəti üçün hər cür şərait yaradılıb”.

Bu sözləri Publika.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Səyyad Aran bildirib.

Onun sözlərinə görə, Azərbaycana gələcək insanların ibadəti üçün paytaxt Bakıda və bölgələrdə xristian kilsələri və məscidlər fəaliyyət göstərir: “Azərbaycanın ayrı-ayrı bölgələrində həm islam, həm xristian, həm də digər dinlərə sitayiş edən insanların ibadəti üçün lazımi şərait mövcuddur. Bu yaxınlarda bizim xristian dini icma nümayəndələri ilə də görüşümüz olub. Həmin görüşdə də bu məsələ müzakirə olunub. Ümumiyyətlə, biz Dini Komitə olaraq bütün icmalara bu barədə məlumat vermişik. Hər bir əcnəbi idmançı Azərbaycanın ayrı-ayrı bölgələrində yerləşən kilsələrdə və məscidlərdə öz dininə uyğun olaraq ibadət edə biləcək. Onlar üçün bütün şərait yaradılıb, buna görə heç bir problem yoxdur. Çünki həm kilsə, həm sinaqoq, həm də məscid Allahın evi sayılır. Azərbaycan da tolerant dövlət olduğu üçün lazımi şəraiti yaradır”.

S.Arad hazırda Azərbaycanda kifayət qədər qeyri-islam dini abidələrinin qorunub saxlanıldığını və bu gün də fəaliyyət göstərdiyini söyləyib: “Hazırda paytaxt Bakıda kifayət qədər xristian kilsələri var. Burada xristianların sərbəst ibadəti üçün heç bir problem yoxdur. Bundan əlavə, ətraf rayonlarda, Qazaxda və Gəncədə də xristian kilsələri mövcuddur. Ona görə də xristian idmançıların ibadəti üçün heç bir problem olmayacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm