Aydın Doğan nə üçün HDP-yə dəstək verdi?
Bizi izləyin

Nida.az

Aydın Doğan nə üçün HDP-yə dəstək verdi?

Türkiyədə dünən baş tutan parlament seçkilərində ən gözlənilməz nəticə kürdlərin partiyasından – HDP-dən gəldi. Kürdlər ilk dəfə 10 faizlik baryeri aşa bildi.


Publika.az xəbər verir ki, türkiyəli politoloq Hüseyn Altınalan maraqlı iddia ilə çıxış edib.

Politoloq “Doğan media qrupu”nun HDP-nin baryeri aşması üçün əlindən gələni etdiyini bildirib: “HDP-yə Türkiyənin cənub-şərqində siyasiləşmiş kürd regionları səs verdilər. Orada HDP-nin xeyrinə böyük təbliğat aparıldı. Bunu da “Doğan media qrupu” öz resursları ilə həyata keçirdi. Çünki Doğan üçün əsas rəqib AKP-dir. Ərdoğanın zəifləməsi üçün onlar əllərindən gələni etdilər”.


Politoloq Ahmet Şimşek də hesab edir ki, HDP-nin baryeri aşması, AKP-nin zəifləməsi və hazırkı qarışıq situasiya Türkiyəyə qarşı olan qüvvələrə lazım idi. Onun sözlərinə görə, Türkiyənin koalision hökumətlərlə durğunluq dövrünə girməsi üçün əllərindən gələni etdilər.


“Koalisiyalar bütün ölkələri həmişə xaosa aparıb və daim inkişafın qarşısını alıb”, - deyə politoloq qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm