Elmar Məmmədyarov Avstraliyadan olan deputatlarla görüşdü
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Avstraliyadan olan deputatlarla görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiyanın əhəmiyyəti vurğulanıb və bir sıra sahələrdə əməkdaşlıq imkanları qeyd edilib.

Nazir Elmar Məmmədyarov bu səfərin Azərbaycan ilə Avstraliya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Regionda cərəyan edən hadisələrə də toxunan Elmar Məmmədyarov parlamentarilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

Nazir münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm