Asim Mollazadə: “İlk Avropa Oyunları Avropa mədəniyyətinin və gəncliyinin bayramıdır”
Bizi izləyin

Nida.az

Asim Mollazadə: “İlk Avropa Oyunları Avropa mədəniyyətinin və gəncliyinin bayramıdır”

“İlk Avropa Oyunları ilə bağlı heç bir boykot ola bilməz. Bu cür çağırışlar edən dairələrin mövqeyini rəsmi kimi qəbul etmək olmaz”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, “Bakı 2015” ilk Avropa Oyunları təkcə Azərbaycanın deyil, həm də Avropa mədəniyyətinin və Avropa gəncliyinin bayramıdır. A.Mollazadə deyib ki, Avropa ölkələrinin onlarla dövlət başçısı bu oyunları izləmək üçün Azərbaycana gələcək: “İlk Avropa Oyunları Azərbaycanın Avropa ilə olan əlaqələrini daha da gücləndirəcək. Bir daha qeyd edim ki, ilk Avropa Oyunlarının Azərbaycana salınması ölkəmizin artan nüfuzunu və inkişafını göstərir. Əgər Azərbaycan Ermənistan kimi zəif və yoxsul ölkə olsaydı, nəinki Avropa Oyunlarına, heç adi tədbirə də ev sahibliyi etməsinə imkan verilməzdi. Avropa Oyunları Azərbaycanın növbəti uğurudur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm