Saakaşvili Azərbaycanın daxil olduğu anti-Rusiya planını açıqladı
Bizi izləyin

Nida.az

Saakaşvili Azərbaycanın daxil olduğu anti-Rusiya planını açıqladı

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiyanı əhəmiyyətli tranzit gəlirlərindən məhrum etmək niyyətindədir.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Asiyadan Avropaya yüklərin çatdırılması üçün bərə keçidi və logistik mərkəzin tikintisi ilə bağlı planlarını açıqlayıb.

Sözügedən tranzit marşrutu isə Rusiyadan yan keçməlidir. Qubernatorun sözlərinə görə, Asiyadan Avropaya yüklər Rusiya üzərindən 30 gün ərzində çatdırılır. O qeyd edib ki, Azərbaycan və Gürcüstanın Poti limanı ilə həmin yüklər Odessaya 9 gün ərzində çatdırıla bilər.

Saakaşvili əminliklə ifadə etdi ki, Odessada sözügedən layihənin həyata keçirilməsi üçün böyük potensial var. Qubernator artıq investorların da olduğunu bildirib. O həmçinin vurğulayıb ki, planların reallaşdırılması üçün Odessa vilayətini korrupsiyadan təmizləmək lazımdır.

Qeyd edək ki, mayın 30-da Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşviliyə Ukrayna vətəndaşlığı verib. Növbəti gün isə Poroşenko sabiq prezidenti Odessaya qubernator təyin edib.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Ölkəsində ona qarşı bir neçə maddə üzrə cinayət işi qaldırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm