ATƏT-ə Təklif... Ofislərini Vyanadan qərbə doğru keçir!
Bizi izləyin

Nida.az

ATƏT-ə Təklif... Ofislərini Vyanadan qərbə doğru keçir!

Azərbaycan xəbərlər xidməti

1975-ci ildə Helsinki Yekun Aktının imzalanması ilə formalaşan Avropada Tərəfdaşlıq və Əməkdaşlıq Məclisi sonradan Avropada Tərəfdaşlıq və Əməkdaşlıq Təşkilatı adlandırılsa da, hələ də bu təşkilatın nizamnaməsi yoxdur. Ona görə də ATƏT üzv dövlətlər üzərinə müqavilə əsasında hüquqi öhdəlik qoyan təşkilat deyildir.

90-cı illərin əvvəllərində post-sovet məkanında və Balkanlarda baş vermiş münaqişələrin fonunda ATƏT-dən Avro-Atlantika məkanını əhatə edən təsisat kimi ciddi gözləntilər olsa da, bu qurum öz missiyasını layiqincə yerinə yetirə bilmədi. Bunun ən bariz nümunəsi Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin hələ də aradan qaldırılmamasıdır. Baxmayaraq ki, Ermənistan tərəfindən Helsinki Yekun Aktının bütün fundamental əsasları çox kobud şəkildə pozulub.

Göründüyü kimi, Avropa İttifaqı və NATO-ya üzv dövlətlər Avropada siyasi və təhlükəsizlik məsələlərində inhisarlarını saxlamaq üçün ATƏT-in tam hüquqlu ciddi təşkilat kimi formalaşmasına imkan vermirlər. ABŞ-ın Avropada əl-altısı funksiyasının daşıyıcısı olan Böyük Britaniya ATƏT-in fəaliyyətini iflic etmək missiyasını xüsusi canfəşanlıqla yerinə yetirir. ATƏT yalnız siyasi sifarişləri yerinə yetirmək üçün alət kimi istifadə edilir. ATƏT-dəki yüksək vəzifəli təyinatlarda ABŞ və Böyük Britaniyanın diktəsi qəbul edilir. Əks təqdirdə, onları da Aleksis Şahtaxtinskinin aqibəti gözləyir.

Üzv dövlətlərin, xüsusilə Azərbaycanın üzləşdiyi ciddi təhlükəsizlik məsələsinin həllində aciz və tamamilə səmərəsiz olan ATƏT-in Bakıda Layihə Əlaqələndirici Ofisinə praktiki olaraq heç bir ehtiyac yoxdur.

Əslində, ATƏT-in insan hüquqları üzrə ölçülərinin inkişafını təşviq etmək üçün ATƏT ofislərinin və ya Layihə Əlaqələndiricilərinin ABŞ, Böyük Britaniya, Hollandiya və digər qərb dövlətlərində yaradılmasına ehtiyac var. Diplomatik mənbələrdən verilən məlumata görə, vaxtilə bu məsələ rəsmi qaydada ATƏT çərçivəsində müzakirə olunub. Üzv dövlətlərdən biri bu təklliflə çıxış etmişdi ki, niyə ATƏT-in ofisləri yalnız Vyanadan şərqdə olmalıdır?

ABŞ-ın bir neçə şəhərində, xüsusilə Ferqussonda ATƏT-in Layihə Əlaqələndirici ofisinin yaradılması ABŞ-da ənənənə halını almış irqi-ayrıseçkilik problemlərinin həllinə öz töhfəsini verərdi. Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrindən çıxış edərək azərbaycanlı ekspertin bu ofisin rəhbəri vəzifəsində fəaliyyəti ABŞ-ı bürüyən və nəticə etibarilə, Helsinki Yekun Sənədinin müddəalarının kobud şəkildə pozulmasına gətirib çıxaran bu halların həllinə əsaslı töhfə verərdi.

Böyük Britaniya və Hollandiyanı bürümüş anti-semitizm və İslamafobiya problemlərini aradan qaldırmaq üçün ATƏT üzvü olan bu ölkələrdə ofislərin yaradılmasına və dini ayrıseçkiliyin aradan qaldırılması üzrə əlaqələndirici və ya xüsusi nümayəndənin təyin olunmasına ciddi ehtiyac var. Şimali İrlandiyada isə potensial münaqişə ərazisi olaraq ATƏT-in Monitorinq missiyasının təsis olunması nəzərdən keçirilə bilərdi. 15 ildən artıq bir dövr ərzində ATƏT-dən əmək haqqı alaraq faydasız işlə məşğul olan Anjey Kaspişik nəyə görə ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şimali İrlandiya üzrə xüsusu nümayəndəsi təyin olunmamalıdır?

İngilislər demişkən - “Why not?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm