Azərbaycana gələcək Ərdoğanı Dəniz Baykal əvəz edə bilər
Bizi izləyin

Nida.az

Azərbaycana gələcək Ərdoğanı Dəniz Baykal əvəz edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Azərbaycana səfəri zamanı vəkalətini kimə verməsi məsələsi ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Dəniz Baykala verə bilər.

Məlumata görə, Dəniz Baykal Ərdoğanın Azərbaycan edəcəyi səfərə qədər Mərkəzi Seçki Komissiyasından millət vəkili seçildiyinə dair sənədi alsa və yeni seçilən millət vəkillərinin son siyahısı rəsmi qəzetdə dərc olunarsa, prezidentin vəkaləti parlamentin ən yaşlı üzvü olduğu üçün Baykala verilə bilər.

Qeyd edək ki, CHP-li millət vəkili bu gün Ərdoğanla görüşüb. Görüşdən sonra açıqlama verən Baykal ölkə gündəmi ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm