Elçibəyi hakimiyyətə Süleyman Dəmirəl gətirib? - Yaqub Məmmədovdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

Elçibəyi hakimiyyətə Süleyman Dəmirəl gətirib? - Yaqub Məmmədovdan ŞOK AÇIQLAMA

“Azərbaycan yeni müstəqillik qazanandan sonra ölkədəki hakimiyyət dəyişikliyində Türkiyə iqtidarı fəal iştirak edib”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Prezidentinin səlahiyyətlərinin sabiq icraçısı (28 fevral 1992-15 may 1992), eks-spiker Yaqub Məmmədov bildirib.

Y.Məmmədovun sözlərinə görə, ötən əsirin 90-cı illərində Türkiyə özünü qardaş və dost ölkə kimi göstərərək, Azərbaycanda əmin-amanlıq və demokratiya istədiyini bəyan edirdi: “Sözdə deyirdilər ki, biz Azərbaycanda demokratiya və əmin-amanlığın bərpasını istəyirik. Ancaq digər tərəfdən də Azərbaycan Xalq Cəbhəsini (AXC) hakimiyyətə gətirdilər. O dövrdə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsində Türkiyə iqtidarının böyük xidmətləri olub. Çünki Xalq Cəbhəsinin hakimiyyətə gəlməsində Türkiyənin böyük dəstəyi var idi. Sonrakı mart hadisələrində də Türkiyənin təsiri var idi. O dövrdə Türkiyə vətəndaşı olan Fərman Dəmirqol adlı şəxs 1995-ci ilin mart hadisələrində fəal iştirak etmişdi. Bu adam Xalq Cəbhəsinin hakimiyyəti dövründə müşavir işləyirdi. O, məndən sonra gəlmişdi. Mənim Fərman Dəmirqolla heç bir ünsiyyətim olmamışdı. Bu adam AXC-nin dövründə onlarla bir yerdə işləyirdi”.

Y.Məmmədov deyib ki, həmin dövrdə Türkiyənin baş naziri olan Süleyman Dəmirəl də AXC-yə dəstək verirdi: “Həmin vaxtı Süleyman Dəmirəl Azərbaycanda prezidentliyə namizədlərlə prezidentin iqamətgahında ayrı-ayrılıqda görüş keçirirdi. Ancaq digərlərindən fərqli olaraq, Süleyman Dəmirəl mərhum Əbülfəz Elçibəyin iqamətgahına gedib görüşmüşdü. Bunun özü AXC-ni dəstəklədiklərini göstərirdi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm