Nida.az
Səhiyyə Nazirliyi Avropa Oyunlarına görə monitorinqin nəticələrini açıqladı
Səhiyyə Nazirliyi olimpiya obyektlərində apardığı monitorinqlərin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı 2015 I Avropa Oyunlarında sabitliyin təmin olunması məqsədi ilə sanitariya-epidemioloji xidməti Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müvafiq qurumları ilə birgə 20 olimpiya obyektinin layihəsinin sanitariya-epidemioloji ekspertizasını həyata keçirib, müvafiq laboratoriya müayinələri aparıb.
Laboratoriya xidmətinin fəaliyyətini təkmilləşdirmək, xüsusən yeyinti məhsullarının və suyun laboratoriya təhqiqatını müasir tələblərə uyğun aparmaq üçün yeni laboratoriya cihaz və avadanlıqları alınıb, mütəxəssislərin yüksək səviyyədə hazırlığı təmin edilib, bir sıra yeni göstəricilərin təyini üsulları tətbiq edilib.
Hazırda Əməliyyat Komitəsi tərəfindən akkreditasiya olunmuş Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) 13 nəfər yüksək ixtisaslı mütəxəssisi gündəlik olaraq bilavasitə tədbirlərin aparılmasında iştirak edirlər.
Qısa müddət ərzində GEM tərəfinizdən Bakı və Mingəçevir şəhərlərində idmançıların qalması və qidalanması üçün nəzərdə tutulmuş obyektlərdə içməli suyun tam mikrobioloji, toksikoloji və fiziki-kimyəvi müayinələri 72 su nümunəsində yoxlanılıb və aparılan müayinələrin nəticəsində normalardan kənaraçıxmalar müşahidə olunmayıb.
Bundan əlavə, qidalanma təşkil ediləcək obyektlərdə də mütəxəssislər tərəfindən yerində baxışlar keçirilib, zəruri hallarda müvafiq təkliflər verilib.
Bakı və Mingəçevir şəhərlərində zəruri hallarda həşəratlara və gəmiricilərə qarşı dezinfeksiya və deratizasiya tədbirləri aparılıb və bu tədbirlər hazırda da davam etdirilir.
Oyunların keçiriləcəyi dövrdə Bakı və Mingəçevir şəhərlərində 2 növbəli iş rejimində fəaliyyət göstərilməsi, su təchizatı və qidalanma obyektlərində, əhalinin kütləvi istirahət və gəzinti yerlərində sanitariya nəzarətinin gücləndirilməsi, yoluxucu xəstəlik ocaqlarında zəruri tədbirlərin görülməsi, ümumşəhər su anbarlarında gündəlik olaraq su nümunələrinin laboratoriya müayinəsinin aparılması barədə Respublika GEM-i tərəfindən müvafiq əmr verilib.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var