Azadlıqda olan şəxs Avroparlamentdə “siyasi məhbus” elan olundu – ÖZÜNÜİFŞA
Bizi izləyin

Nida.az

Azadlıqda olan şəxs Avroparlamentdə “siyasi məhbus” elan olundu – ÖZÜNÜİFŞA

Avropa Parlamentinin bu gün keçirilən iclasında Azərbaycanıla bağlı təşkil olunan dinləmələr qurumun deputatları tərəfindən etirazla qarşılanıb.

Publika.az xəbər verir ki, anti-Azərbaycan mövqeyi ilə məşhur olan Ulrike Lunaçekin liderlik etdiyi qrup cəfəng çıxışlar edib. Onlar Azərbaycan insan haqlarının pozulmasına dair klasssik iddialar irəli sürüblər.
Lakin bu fikir avroparlamentarilər tərəfindən etirazla qarşılanıb.

AP-nin Polşadan olan deputatı Azərbaycanı tənqid etməyin ağılsızlıq olduğunu bildirib: “Azərbaycanın demokratiyası gəncdir. Biz bu ölkəni tənqid etməkdənsə, I Avrropa Oyunlarının keçirildiyi Bakıya getməməyə çağırmaqdansa, öz təcrübəmizlə Azərbaycana kömək etməliyik. Unutmamalıyıq ki, Azərbaycan strateji baxımdan əhəmiyyətli dövlətdir”.

Avropa Parlamentinin müxtəlif ölkələrdən olan deputatları da Azərbaycanı dəstəkləyib.

“Mən Azərbaycanın dostuyam və bununla fəxr edirəm. Bu ölkə Avropanın enerji partnyorudur və indiyə qədər etibarlı tərəfdaş olduğunu əməli ilə sübut edib”, - deyə avroparlamentin xanım deputatı qeyd edib.

Qeyd edək ki, AP-də təşkil olunan dinləmələrdə Azərbaycanı insan haqlarını pozmaqda ittiham edən qrupun bir sıra yanlışlığı da diqqətdən yayınmayıb. Belə ki, Azərbaycanda siyasi məhbusların olduğunu iddia edənlər bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Bəşir Süleymanovun hazırda həbsdə olduğunu deyiblər. Bu isə onların haqqında iddialar səsləndirdikləri Azərbaycan haqda dərin məlumata sahib olmadıqlarını, əsas məqsədlərinin isə heç də insan haqları, demokratiya deyil, məhz qarayaxma kampaniyası aparmaqla mənfi rəy yaratmaq olduğunu göstərir.

Diqqət çəkən məqamlardan biri də Azərbaycanda alimlərin də həbs olunması haqda iddialardır. Anti-Azərbaycan qrup hazırda Cinayət Məcəlləsinin konkret müddəası ilə cəza çəkən, daha çox separatçı mövqeyi ilə tanınmış Hilal Məmmədovun alim olduğunu deyiblər.

Lakin bütün bu iddialar avroparlamentin əksər deputatı tərəfindən qəbul olunmayıb. Deputatların əksəriyyəti I Avropa Oyunları kimi idman tədbirini siyasi alətə çevirməyin əleyhinə çıxıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm