“Yarım milyon adam öləcək” - İstanbulda DƏHŞƏTLİ ZƏLZƏLƏ PROQNOZU
Bizi izləyin

Nida.az

“Yarım milyon adam öləcək” - İstanbulda DƏHŞƏTLİ ZƏLZƏLƏ PROQNOZU

Türkiyə Yıldız Texniki Universitetinin müəllimi, geologiya mühəndisi Şükrü Ersoy İstanbul şəhəri ilə bağlı dəhşətli bir zəlzələ proqnozunu irəli sürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 5-ci Beynəlxalq Zəlzələ Simpoziumunda danışan mütəxəssis 1509-cu il zəlzələsinin təkrarlana biləcəyini iddia edib.

Onun sözlərinə görə, bir çox alim Mərmərədə rixter cədvəli üzrə 7 baldan güclü bir zəlzələnin baş verə biləcəyi ilə bağlı həmfikirdir.

Şükrü Ersoy vurğulayıb ki, Mərmərə zəlzələsi üçün ən böyük ssenari 1509-cu il zəlzələsinin təkrarlanmasıdır: “İstanbulda 14,5 milyon adam yaşayır. Ətrafdakı vilayətlərin əhalisini də hesablasaq, bu ümumilikdə 22 milyon adam edir. İstanbulda 1509-cu il zəlzələsinin təkrarlanacağını və həmin zəlzələdəki kimi itkilərin sayının ümumi əhalinin bir faizi olacağını düşünsək, bu, 145 min adamın ölməsi deməkdir. Bu, yüksək bir rəqəmdir. Bu nisbət 3 faizə də çıxa, itkilərin sayı isə 450-500 minə qədər çıxa bilər. Ciddi bir məsələdən danışırıq. İstanbulda şəhərsalma işində çox ciddi işlər görülməlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm