Novruz Məmmədov: “Sabah dünya Azərbaycanın qüdrəti və inkişafı ilə bir daha tanış olacaq”
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: “Sabah dünya Azərbaycanın qüdrəti və inkişafı ilə bir daha tanış olacaq”

“Sabah bütün dünya ilk Avropa Oyunlarının ana vətəni olan Azərbaycanın qüdrəti və inkişafı ilə bir daha tanış olacaq”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, bu hadisə həm Azərbaycan, həm də dünya idmanı üçün yeni tarix olacaq. N.Məmmədov qeyd edib ki, Avropadan olan diplomatlar Azərbaycanın qısa zamanda bu cür mötəbər tədbirə hazırlıq işlərini başa çatdırmasına heyran qalıblar: “Bu hadisə müxtəlif ölkələrin və xalqların Azərbaycanı daha yaxından tanımasına faydalı olacaq. Əminəm ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim idmançılar öz bacarıqları və uğurları ilə bir daha təsdiq edəcəklər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm