Eks-spiker: “Azərbaycanla Avropa arasında fundamental münasibətlər normaldır”
Bizi izləyin

Nida.az

Eks-spiker: “Azərbaycanla Avropa arasında fundamental münasibətlər normaldır”

“Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya müvəqqəti xarakter daşıyır”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Prezidentinin səlahiyyətlərinin sabiq icraçısı (28 fevral 1992-15 may 1992), eks-spiker Yaqub Məmmədov bildirib.

Onun sözlərinə görə, bu cür hallar müəyyən dövrlərdə baş verir və daha sonra keçib gedir. Y.Məmmədov deyib ki, Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsini istəyənlərlə yanaşı, istəməyənlər də var: “Bu oyunlara paxıllıq edənlər və gözü götürməyənlər də çoxdur. Hər kəs Azərbaycanı dostu deyil ki. Dostumuz da var, düşmənimiz də. Dostlar sevinir, düşmənlər də bu cür paxıllıq edirlər”.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də toxunan Y.Məmmədov ikitərəfli münasibətlərin normal olduğunu söyləyib: “Mənə elə gəlir ki, Azərbaycanla Avropanın münasibətlərinin pis olması ilə bağlı məsələni o qədər də şişirtməyə ehtiyac yoxdur. Çünki aramızda belə bir problem yoxdur. Səslənən fikirlər və bəyanatlar da Avropanın rəsmi mövqeyi deyil və müvəqqəti xarakter daşıyır. Avropada hansısa təşkilat, jurnalist və ya deputat Azərbaycanla bağlı nə isə deyirsə, buna əhəmiyyət vermək lazım deyil. Bunlar boş söhbətlərdir. Azərbaycanla Avropa arasında fundamental münasibətlər normaldır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm