• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

ŞOK: ABŞ Azərbaycan sərhədləri yaxınlığında bioloji silah hazırlayır

  • Nida.az
  • 11 İyun 2015 16:33
  • 3 506 Baxış
ŞOK: ABŞ Azərbaycan sərhədləri yaxınlığında bioloji silah hazırlayır

ABŞ Gürcüstanda Rusiya sərhədlərinə yaxın ərazidə tibbi-bioloji laboratoriya yerləşdirib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Rusiyada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, Tiflisin şəhərətrafında yerləşən Luqara adına Tədqiqat Mərkəzinin çətiri altında ABŞ-ın Quru Qoşunlarının tibbi tədqiqat bölməsi fəaliyyət göstərir. Laboratoriyanın ABŞ-dakı Uolter Rid adına elmi tədqiqat institutunun filialı olduğu deyilir.

“Amerika və Gürcüstan hakimiyyəti təhlükəli yoluxucu xəstəliklərin öyrənilməsi ilə məşğul olan tibbi-bioloji laboratoriyanın əsl məqsədinin gizlədilməsinə təşəbbüs edirlər. Pentaqon gizlədilən hərbi tibbi-bioloji obyektləri MDB-nin başqa dövlətlərində də qurmağa çalışır”, - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Merilend ştatında yerləşən Uolter Rid adına elmi tədqiqat institutu 1953-cü ildə yaradılıb. İnstitut bioloji silah sahəsində işləyən ABŞ-ın əsas hərbi tədqiqat mərkəzlərindən biri hesab edilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR