• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Həsənov: "Bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışır"

  • Nida.az
  • 11 İyun 2015 16:53
  • 246 Baxış
Əli Həsənov: "Bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışır"

"Bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışır. Bunun acısını təkcə Azərbaycan deyil, bütün Avropanın idman cəmiyyəti çəkəcək".

Trend xəbər verir ki, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

Ə.Həsənov deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr belə anti-Azərbaycan platforması formalaşdırıblar və sistemli şəkildə anti-Azərbaycan fəaliyyətlərini yönəldirlər: "Biz bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik. Biz bu işlərə təmkinlə yanaşırıq. Öz müstəqil iradəmizlə hərəkət eməyə çalışırıq, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır və bundan da çəkinmək fikrimiz yoxdur. Biz anti-Azərbaycan kampaniyasına görə təəssüf edirik və həmin dairələri nə qədər gec deyil, bu kampaniyadan çəkinməyə çağırırıq".

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR