Azad Rəhimov: "Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil"
Bizi izləyin

Nida.az

Azad Rəhimov: "Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil"

"Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, onların idman nümayəndələri Azərbaycanda keçirilən bəzi idman yarışlarında iştirak ediblər".

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin sualına cavab verərkən deyib.

Nazir qeyd edib ki, məsələn, onlar Bakıda keçirilən güləş üzrə dünya çempionatında, gənclər arasında boks üzrə dünya çempionatında iştirak ediblər: "Bundan əlavə, Ermənistan nümayəndələri Azərbaycanda keçirilən müxtəlif mədəni-siyasi, vətəndaş cəmiyyəti tədbirlərində iştirak ediblər. Bu gün isə Avropa Oyunlarında Ermənistanın 25 nümayəndəsi iştirak edəcək".

A.Rəhimov bildirib ki, qaydalara görə, elə bir şərait yaradılmalıdır ki, hər bir ölkənin nümayəndələri Avropa Oyunlarında iştirak edə bilsin: "Əvvəllər Ermənistanla danışıqlar nəticəsində qarşı tərəfdəki vəziyyət öyrənilirdi. İndi artıq buna ehtiyac yoxdur. İndi sadəcə təminat məktubu yazılır. Bu da yetərli olur ki, idmançılar yarışlarda iştirak etsin. Bu, təhlükəsizliyin təminatıdır".

Gənclər və idman nazir xatırladıb ki, Azərbaycanda 2016-cı ildə "Formula-1", Şahmat olimpiadası keçiriləcək: "Şahmat olimpiadasına Ermənistan komandası da gələcək. Bundan əlavə, Bakıda yelkənli qayıq üzrə dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcək, amma bu tədbirlərdə Ermənistan nümayəndələri olmayacaq. 2020-ci ildə futbol üzrə Avropa çempionatında iştirak isə komandanın çıxışından asılı olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm