Əli Həsənov: “Amnesty İnternational” adı ilə heç kim bizə müraciət etməyib”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Amnesty İnternational” adı ilə heç kim bizə müraciət etməyib”

"Amnesty International" məsələsi beynəlxalq mətbuatda müzakirəyə çıxarılıb və bunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Olimpiya Komitəsi "Amnesty International" təşkilatının nümayəndəsini akkreditasiyadan keçirməyib".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O, “Amnesty İnternational” təşkilatının nümayəndəsinin Bakıya buraxılmaması barədə iddialara münasibət bildirib: “Bu iddiaların əsası yoxdur. Birinci Avropa Oyunları ilə bağlı “Amnesty İnternational”ın adı ilə nə BAOƏK-ə, nə də müvafiq qurumlara, o cümlədən Dövlət Miqrasiya Xidmətinə viza almaq üçün heç kim müraciət etməyib. Sonradan məlum oldu ki, “Amnesty İnternational”ı təmsil etmək istəyən bəzi müstəqil ekspertlər, jurnalistlər dolayı, yəni qeyri-qanuni yollarla Azərbaycana daxil olmağa cəhd göstəriblər. Hansı ki, Azərbaycana qanuni qaydada daxil olmağın qaydaları var. Bir daha deyirəm: “Amnesty İnternational”ın adı ilə heç kim Bakıya gəlmək üçün müraciət etməyib. Ona görə də bu təşkilatın bəyanatları əsassızdır”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm