Prezidentin köməkçisi: “Dağlıq Qarabağ əhalisi Ermənistan rəhbərlərinin girovuna çevrilib”
Bizi izləyin

Nida.az

Prezidentin köməkçisi: “Dağlıq Qarabağ əhalisi Ermənistan rəhbərlərinin girovuna çevrilib”

“Dağlıq Qarabağ əhalisi faktiki olaraq Ermənistandakı separatçı rəhbərlərin, separatçı düşüncəli şəxslərin girovuna çevrilib”.

Publika.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Əli Həsənov Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan bəri 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib, amma Ermənistan tərəfindən yerinə yetirilmir. Bu dövlət BMT-yə meydan oxuyur".

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan yenə də təhdidlərini davam etdirir: “Ukraynada baş verən hadisələr, ondan əvvəl MDB-nin digər ərazilərində baş verən hadisələr göstərdi ki, separatizmə şərait yaratmaq olmaz. Ona görə də nə qədər ki Dağlıq Qarabağ münaqişəsi var, dünyada və bölgədə sülhün tam bərqərar olmasından danışmaq olmaz. Nə qədər ki beynəlxalq qanunlar bütün münaqişələrin həllinə eyni qaydada tətbiq olunmur, bizi bu kimi hadisələr çox gözləyir".

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm