Əli Həsənov: “Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir”

“Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Bakıda keçirdiyi mətbuat konfransında Afrikadan olan jurnalistin sualına cavabı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan əsasən Avropa ölkələri ilə neft-qaz sahəsində əməkdaşlıq edir. Ə.Həsənov deyib ki, hazırda Azərbaycan dünyanın bütün regionları ilə olduğu kimi Afrika ölkələri ilə də münasibət qurmaqdadır: “Azərbaycanın Dövlət Neft Şirkəti Afrika ölkələrinə də maraq göstərir. Afrikanın zəngin neft-qaz yataqları olan ölkələrinə sərmayə qoymağı düşünür və buna cəhd göstərir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm