Müsavat başqanının rəngi necə olmalıdır?- İddialılar danışır
Bizi izləyin

Nida.az

Müsavat başqanının rəngi necə olmalıdır?- İddialılar danışır

Müsavat başqanının rəngi necə olmalıdır?- İddialılar danışır


Müsavat Partiyasının başqanlıq seçimləri ilə bağlı maraqlı təkliflər irəli sürülür. Partiyanın Məclis üzvü Hikmət Hacızadənin təklifi isə olduqca diqqət çəkəndir. H. Hacızadənin fikrincə, iki müddət başqanlığı demokratiyaya töhfə kimi qəbul edilsə, onda Müsavatın növbəti başqanı neqr olmalıdır.

Ya da qadın. Qadın neqr olsa, daha yaxşı olar. Ya qadın olmalıdır, ya neqr. Ya da neqr qadın. Onda biz nəinki Azərbaycana, bütün dünyaya demokratiya nümunəsi olarıq”-deyə o bildirib.

Publika.Az bununla bağlı başqanlığa iddialı olanların fikirlərini öyrənib.

“İstər qara, istər sarı, istərsə ağ olsun... qadınlar daha cəsarətlidir”

Hazırda Müsavat başqanlığına bir çox namizədlər iddialıdır. İddiaların çoxu kişi namizədlər olsa da, aralarında qadın namizəd də var. Divan üzvü Nüşabə Sadıqlı başqanlıq iddiasını artıq ortaya qoyub. O, neqr deyil, amma H. Hacızadənin dediyi kimi qadın namizəddir. Yəni Hacızadənin təbirincə, N. Sadıqlı başqan olarsa, demokratiya daha yüksək olar.

N. Sadıqlı bildirib ki, istər qara, istər sarı, istərsə ağ olsun, fərqi yoxdur: “Hesab edirəm ki, başqan kim olarsa demokratiya qıtlığı olmayacaq. Müsavatın bir özülü, qayda-qanunu var. Hər kəs istər-istəməz ona tabe olmaq məcburiyyətindədir. Kim gəlsə demokratiya az ya çox mütləq olacaq. Düzdür, heç kəs İsa Qəmbər kimi olmayacaq”.

N. Sadıqlı qeyd edib ki, qadınlar kişilərə nisbətən daha cəsurdurlar: “Qoy, kişilər məndən inciməsin, qadınlar daha cəsarətlidir. Həm də qadınlar ədalətli olurlar. Ən azı ona görə ki, qadın ömrü boyu ailədə ədaləti bərpa etməlidir. Lakin kişilərin cəsarətinin azlığı məsuliyyətlə bağlı olan məsələdir. Kişilər cəmiyyətdə, ailədə məsuliyyətli olduqları üçün ölçüb biçirlər. Qadınlarımız bu məsələ daha azaddırlar”.
Bu baxımdan, o hesab edir ki, qadın başqa daha məqbul olar.

“Müsavatın başqanı qadın olsa daha yaxşı olar, amma rəngi...”

Başqanlığa iddialı olan Müsavat başqanının müşaviri Səxavət Əlisoy da hesab edir ki, Müsavatın başqanı qadın olsa daha yaxşı olar: “Mən buna çox normal baxıram. Amma rəngi təbii ki, qara ola bilməz. Çünki bizim qaradərili üzvümüz yoxdur. Mən hesab edirəm ki, Azərbaycan qadını kişilərdən daha cəsarətlidir. Əxlaq da daxil olmaqla bütün kriteriyalar üzrə daha üstündür. Konkret olaraq Müsavatda qadınların başqan seçilməsinə normal baxıram. Müsavatda kifayət qədər intellektual qadınlarımız var, onlar namizədliklərini verə bilərlər”.

S. Əlisoy hesab edir ki, Müsavatda demokratiya var. Onun sözlərinə görə, ümumiyyətlə, mütləq demokratiya deyilən şey yoxdur, hətta ABŞ-da belə demokratiya tam deyil. Bu baxımdan müşavir hesab edir ki, Azərbaycan reallığında Müsavat Partiyası özünü demokratik imicini müəyyən qədər qoruya bilir.

Zənci məsələsinə gəlincə, S. Əlisoy bunun sarkazm olduğunu deyib.“Hikmət bəy bunu sarkazm olaraq deyib. Sarkazm hissi yalnız insanlara aid olan hissdir. Onun bu sarkazmına hörmətlə yanaşıram”-deyə o bildirib.

“Qaradərili üzvümüz olsaydı, namizədliyini verərdi, bəlkə uğur da qazanardı”

Gənclərin namizədi Tural Abbaslı bildirib ki, bütün Azərbaycan siyasi səhnəsi Hikmət bəyin nə qədər zarafatcıl və maraqlı insan olduğunun şahididir: “İstənilən diskussiyalı siyasi mövzularda və böyük polemikalarda məzəli təklifləri olub. Başqanlığa namizədlə bağlı dediyi sözləri bu silsilədən olan zarafat kimi qəbul edirəm. Hikmət bəy də partiya üzvüdür. İstədiyi təklifi vermək və onu müdafiə etmək hüququ var. Müsavat Partiyası dünyəvi partiyadır, heç bir dini, cinsi, irqi yaxud digər kriteriyalara görə üzvləri arasında fərq qoyan partiya deyil. Azərbaycanda qaradərili vətəndaşlar yox dərəcəsindədir. Müsavatda da Hikmət bəyin nəzərdə tutduğu qaradərili şəxs yoxdur. Zəncimiz olsaydı, tək başqanlığa yox, istənilən posta namizədliyini verə bilərdi. Müsavat ilk demokratik ənənələr gətirən partiyadır. Qadınların səsvermə hüququndan tutmuş digər seçki hüquqlarına qədər məsələləri qeyd etmək olar. Qaradərili üzvümüz olsaydı, namizədliyini verərdi, bəlkə uğur da qazanardı”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm