Ərdoğan Bakıya uçdu
Bizi izləyin

Nida.az

Ərdoğan Bakıya uçdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana yola düşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin olduğu təyyarə yerli vaxtla saat 08:26-da Ankara Esenboğa hava limanından qalxıb.

Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, mədəniyyət və turizm naziri Ömər Çelik, müdafiə naziri İsmət Yılmaz, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılınc, keçmiş nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım müşayiət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm