“Bu gün bütün dünyanın diqqəti Bakıdadır” - Əli Məsimli
Bizi izləyin

Nida.az

“Bu gün bütün dünyanın diqqəti Bakıdadır” - Əli Məsimli

“Bu gün bütün dünyanın diqqəti Bakıdadır”. Bu barədə Publika.az-a Milli Məclisin deputatı Əli Məsimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkə kimi dünya idman tarixinə şanlı bir səhifə yazacaq: “Ölkəmiz belə möhtəşəm tədbirlər üçün zəruri olan 6-7 illik işi 2 il yarıma ərsiyəyə gətirməklə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi etimadını layiqincə doğrultdu və nə qədər güclü potensiala malik olduğunu bütün dünyaya nümayiş etdirə bildi. Bu isə Azərbaycanı yeni müstəqil bir dövlət olaraq yeni keyfiyyətdə, daha iri miqyaslarda, daha iri kateqoriyalarla bir daha təqdimatı baxımından böyük uğurdur.

Birinci Avropa Oyunlarının keçirilməsi dünyanın Azərbaycana yeni baxış bucağından baxmasına gətirib çıxararaq, idman həyatında möhtəşəm izlər qoyacaq, ölkəmizdə idmanın inkişafına, beynəlxalq və regional əməkdaşlığın irəliləyişinə özünəməxsus təkan verəcək.

Birinci Avropa Oyunlarına ev sahibliyi etmək həm şərəfvericidi, həm də məsuliyyətli. Bu işin yüksək səviyyədə təşkili ilə Azərbaycan dövləti öz gücünü ortaya qoydu, Azərbaycan cəmiyyəti də öz mükəmməlliyini, Avropanın ayrılmaz tərkib hissəsi olduğunu nümayış etdirdi”.

Avropa Oyunları ilə əlaqədar ölkəmizə dövlət və hökumət başçıları, nüfuzlu qonaqlar, minlərlə idmançıyla yanaşı, çoxsaylı turistlər də gəlir: “İdmançılar idman yarışlarında iştirak etməklə yanaşı, Azərbaycanın bölgələrinə şimal, şimal-qərb, cənub istiqamətində turlara qatılacaq. Turistlər də həm Bakıda, həm də bölgələrimizdə olacaq, görməli yerlərlə tanış olacaqlar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm