• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Avropa Oyunları dünyaya 4 peyk vasitəsilə yayımlanacaq

  • Nida.az
  • 12 İyun 2015 12:33
  • 363 Baxış
Avropa Oyunları dünyaya 4 peyk vasitəsilə yayımlanacaq

Birinci Avropa Oyunları ərəfəsində Rabitə Yüksək Texnologiyalar Nazirliyinin "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək. Xidmət gecə saatları – (02:00-dan 06:00) istisna olmaqla açıq olacaq.

Publika.az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov "Rabitə dünyası" qəzetinə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, "Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Dövlət Radiotezliklər İdarəsi, "Delta Telecom"-un və nazirin əmri ilə yaradılmış Rabitə Yüksək Texnologiyalar Nazirliyinin "Qaynar xətt" xidməti vasitəsilə şəbəkə avadanlıq və qurğuların keyfiyyətli və dayanıqlı fəaliyyət göstərmələrinə nəzarət təşkil edəcək.

RYTN-in aidiyyəti birlik və müəssisələrinə, mobil operatorlara, özəl telekommunikasiya operatorlarına RYTN-dən BAOƏK-lə razılaşdırmaqla əsas və ehtiyat qida qurğularının işi təmin edilməsi, obyektlərə buraxılış rejimi və onların mühafizəsi gücləndirilməsi, yanğın təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, kabellərin mühafizəsi gücləndirilməsi, taksofonların işinə nəzarət artırılması, dövlət və özəl TV yayımlarının keyfiyyətli və fasiləsiz təşkili təmin edilməsi, internet xidmətlərinin və beynəlxalq rabitənin keyfiyyəti təmin edilməsi və s. tapşırıq verilib və icrası təmin edilib.

Nazir müavini bildirib ki, I Avropa Oyunlarının keçiriləcəyi oyun məkanlarının və təşkilati binaların BAOƏK-in tələbatına müvafiq olaraq, ümumilikdə 300 km-dən çox optik kabelin və 4.7 km mis kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb.

13 yarış məkanına və 13 təşkilati məkana əsas və alternativ istiqamətlərdən optik kabellər çəkilib. Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinqi üzrə yeni sistem alınıb quraşdırılıb. Dövlət qurumlarına tələb olunan miqdarda optik liflər ayrılıb. "Delta Teleъom LTD" MMM-də və Atletlər kəndində təşkil edilmiş data mərkəzləri ilə oyun və təşkilati məkanlar arasında optik əlaqə əsas və alternativ istiqamətlərdə təmin edilib. Mingəçevir şəhərindən Bakı şəhərinə 2 alternativ istiqamətdən telekommunikasiya xidmətləri və yayım üçün "4Gb" tutumuna malik kanallar təşkil edilib. Bakı şəhərində 3 məntəqədə quraşdırılacaq ümumi görünüş kameralarına optik kabellər çəkilib. Oyun və təşkilati məkanlar internetin təşkili və SİP-T xidmətləri (məkanlara telefon rabitəsi) "Delta Telecom LTD" MMM tərəfindən təmin edilib. Oyunlara xidmət göstərəcək "2015" çağrı xidmətinin yaradılması məqsədilə RYTN tərəfindən "Azerfon" MMC-yə "2015" qısa nömrəsi ayrılıb və xidmətin fəaliyyəti və bu qısa nömrəyə stasionar və mobil operatorlardan zənglərin ödənişsiz aparılması təmin edilib.

I Avropa Oyunları ilə əlaqədar BAOƏK-in müraciəti nəzərə alınaraq, cari ilin may ayından etibarən iyul ayına qədər mobil cihazların qeydiyyat müddəti 30 gündən 60 günə qədər artırılıb. I Avropa Oyunlarına həsr edilmiş və oyun məkanlarını və idman növlərini əks etdirən poçt markaları rəsmi olaraq dövriyyəyə buraxılıb və "Bakı 2015" tematik mağazalarında satışı təşkil edilib. Atletlər kəndi poçt şöbəsinin təşkili üçün ayrılmış 61 m2 sahədə müvafiq poçt xidmətlərinin göstərilməsi və markaların satışı üçün hazır vəziyyətə gətirilib”.

Nazir müavini əlavə edib ki, oyun məkanlarındakı yarışların Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və Oyunların dünyaya yayımının "INTELSAT", "ASİASAT", "EUTELSAT" və "AZERSPACE" peyklərindən istifadə etməklə BAOƏK-nin müqaviləçisi olan Beynəlxalq İdman Yayım şirkəti tərəfindən təmin ediləcək. "AZERSPACE" peyklərindən istifadə yayımının təşkili də təmin ediləcək. Mingəçevirdə keçiriləcək avarçəkmə oyununun yayımı üçün "AZERSPACE"-dən ehtiyat kimi istifadə üçün tədbir görülüb. Eyni zamanda, "Azərkosmos" ASC oyunların rəsmi dəstəkçisi seçilib.

Oyunların respublikada yayımına hüquq sahibi olan "AzTV" şirkətinə isə müvafiq sayda optik liflər ayrılıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR