Britaniyanın xarici işlər naziri Azərbaycanın rolundan danışıb
Bizi izləyin

Nida.az

Britaniyanın xarici işlər naziri Azərbaycanın rolundan danışıb

Britaniyanın xarici işlər naziri Azərbaycanın rolundan danışıb

Publika.Az xəbər verir ki, martın 4-də Uktayna böhranı və Rusiya təhlükəsinin artması mövzusunda Böyük Britaniya Parlamentinin İcmalar Palatasında keçirilən müzakirələr zamanı Böyük Britaniyanın xarici işlər naziri, millət vəkili Uilyam Heyq Avropa enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın gələcəkdəki roluna dair şərh verib: “Biz indi Avropanın enerji təchizatlarını diversifikasiya etmək üçün mühüm tədbirlər həyata keçiririk. Bu mənada ötən ilin dekabr ayında Bakıda “Şahdəniz-II” layihəsinə dair xarici investorlarla imzalanmış saziş öz töhfəsini verəcək.”

Müzakirələrdə iştirak edən müxalifətdən olan kölgə xarici işlər naziri Aleksand Duqlas ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələsinə toxunub: “Ukrayna sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü beynəlxalq sistemin dərin prinsiplərini əks etdirir. Ölkədəki vəziyyət gərgin, dəyişkən olaraq qalmaqdadır və heç şübhəsiz, anlaşılmazlıqlara və yanlış qiymətləndirilmələrə yol açır.”

Bu bəyanat ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında və bunun da nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğu Azərbaycan üçün əhəmiyyətli məsələdir. BMT Təhlükəsizlik Şurası Ermənistandan öz silahlı qüvvələrini geri çəkməsini tələb edən 4 qətnamə imzalamış, lakin bunların heç birinə məhəl qoyulmayıb.

Avropa Azərbaycan Cəmiyyətinin Direktoru Lionel Zetter bu müzakirələri izləmiş və öz rəyini bildirib: “Ukraynada baş verənlər çox narahatlıq doğurur. Umid edirik ki, bu münaqişə öz həllini tapan kimi Qərb dünyası öz diqqətini Dağlıq Qarabağ və yeddi ətraf rayonun məsələsinin həllini tapmağa yönəldəcək ki, bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasına qayıtmaqda sərbəst olsun.”

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm