• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlham Əliyev Serbiya səfirini qəbul edib

  • Nida.az
  • 6 Mart 2014 14:05
  • 333 Baxış
İlham Əliyev Serbiya səfirini qəbul edib

Prezident İlham Əliyev martın 6-da Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində ötən dövr ərzində böyük uğurlar əldə olunduğunu vurğuladı. Qısa vaxt ərzində ölkələrimizin bir-birinə daha çox yaxınlaşdığını deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İkitərəfli münasibətlərimizin inkişafında səfir Zoran Vayoviçin fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək işlərində ona uğurlar arzuladı.

Səfir Zoran Vayoviç son illər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini məmnunluqla vurğuladı. O bildirdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövrü onun həyatının ən parlaq və unudulmaz hissələrindən biridir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR