• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ledi Qaqa Bakı haqda: “Böyük şərəfdir” – Foto

  • Nida.az
  • 13 İyun 2015 11:23
  • 595 Baxış
Ledi Qaqa Bakı haqda: “Böyük şərəfdir” – Foto

Dünən baş tutan Birinci Avropa Oyunlarının açılış mərasimində dünya şöhrətli ifaçı Ledi Qaqa da çıxış edib. O, pianonun müşayiəti ilə əfsanəvi “Bitlz” qrupunun “İmagine” mahnısını səsləndirib.

Axar.az xəbər verir ki, Ledi Qaqa açılış mərasimində iştirakı haqda şəxsi Feysbuk hesabında Bakıdakı çıxışından foto paylaşaraq belə yazıb: “Bir neçə dəqiqəlik də olsa, bütün dünya qarşısında çıxış etmək necə də böyük şərəfdir! Təsəvvür edə bilirsiniz? Bu haqda nə deyə bilərsiniz?”

O, həmçinin öz İnstaqram hesabında piano arxasındakı fotosunu paylaşaraq məmnunluğunu ifadə edib: “Mən tamaşaçılarla möhtəşəm vaxt keçirdim. Bu, sanki dostlarımla yataq otağımda yığışıb mahnı oxumağa və həyatı daha sadə qəbul etməyə oxşayırdı...”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR