“The Hill”: Azərbaycan uğurlarının parlaq nümunəsi – I Avropa Oyunları
Bizi izləyin

Nida.az

“The Hill”: Azərbaycan uğurlarının parlaq nümunəsi – I Avropa Oyunları

2015-ci ildə neft və qaza sahib olmaq yalnız nüfuz və pul deyil, həmçinin 21-ci əsrə buraxılış vərəqəsidir. Trend-in məlumatına əsasən, bu barədə Raul Loveri Kontreras (Raoul Lowery Contreras) Amerikanın “The Hill” qəzetində dərc olunan məqaləsində yazır. Xatırladaq ki, R. L.Kontreras Amerikanın “Syndicate” və “The New York Times” qəzetinin xəbərlər xidmətinin sabiq müəllifi olub.

Məqalədə deyilir ki, Bakı 1880-cı illərdə neft istehsalı üzrə dünya lideri olub, Bakının yanacağı olmadan II Dünya müharibəsi illərində Sovet İttifaqı almanlara heç bir neçə ay da müqavimət göstərə bilməzdi : "1990-1991-ci illərdə Sovet lideri Mixail Qorbaçov sovet əsgərlərini bir gecənin içində onlarla insanın öldürülüb yaralandığı Bakıya göndərməklə məhv olan Sovet İttifaqını zülmət xaos girdabına yuvarladı. Erməni işğalçıları Azərbaycana hücum edib ölkə ərazisini işğal etməklə bu xaosu daha da gücləndirdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, 2015-ci ildə Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan işğalı altındadır".

Müəllif qeyd edir ki, Azərbaycanın müasirləşdirilməsi ölkə prezidenti, ümummilli lider Heydər Əliyevin güclü idarəsi zamanı başlayıb: “Azərbaycan bu gün müasir ölkədir... və biz bu ölkəni çox az tanıyırıq. Bu gün ölkə parlaq hündür binalarla zəngindir... Lakin insanlar binalardan daha vacibdir. Azərbaycan 90 faizi müsəlman olan ölkədir. Bununla belə, ABŞ sərhədləri xaricində gördüyüm ən zəngin millətli ölkədir”.

Müəllif bildirir ki, Azərbaycan yəhudi, rus və digər millətlərin özlərini tamamilə rahatlıqda hiss etdiyi tolerant ölkədir.

Müəllifin fikrincə, ölkə uğurlarının ən parlaq nümunəsi I Avropa Oyunlarıdır və bu oyunlar 3 min məmur və 2 min azərbaycanlı könüllünün hesabına mümkün oldu: “Azərbaycan qədim tarixə malik fəal, qürurlu, çoxmillətli ölkədir. Dini tolerantlığı və dünyəviliyi, zəngin karbohidrat ehtiyatları və savadlı insanları ilə seçilir. Ölkə müasir qərb dünyasının bir hissəsi olmaq istəyir və bunun üçün səylə çalışır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm